Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

DİN Maştağada əməliyyat keçirdi - 3 nəfər tutuldu

7-06-2016, 16:32 Baxış: 519
 DİN Maştağada əməliyyat keçirdi - 3 nəfər tutuldu
Qanunsuz olaraq odlu silah-sursatın saxlanılması, eləcə də narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan Sabunçu rayon sakinləri saxlanılıb.
Daxili İşlər Naziriliyinin mətbuat xidmətindən Tezis.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları qanunsuz olaraq odlu silah-sursatın saxlanılması, eləcə də narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Belə ki, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayon sakinləri Anar Məcidov, Ağakamal Zəkiyev və qardaşı Ağazakir tutulublar.
Saxlanılan şəxslərin Maştağa qəsəbəsində yaşadıqları evə baxış zamanı müvafiq sənədləri olmayan "Makarov" markalı tapança, "Vinçester" markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron, habelə, həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 940 kiloqram olan 1449 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
DİN Maştağada əməliyyat keçirdi - 3 nəfər tutuldu
DİN Maştağada əməliyyat keçirdi - 3 nəfər tutuldu