Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Arvadını yaraladı, qardaşını öldürdü- Şamaxıda qətl

7-06-2016, 22:54 Baxış: 921
 Arvadını yaraladı, qardaşını öldürdü- Şamaxıda qətl
Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib,  həyat yoldaşını isə yaralayıb. APA-nın yerli bürosunun xəbərinə görə,  1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı əlində silah olan Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açaraq onu qolundan yaralayıb. Möminə İbadova Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. 
Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.