Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

DİN Xaçmazda öldürülən iş adamı ilə bağlı məlumat yaydı

17-06-2016, 12:38 Baxış: 351
DİN Xaçmazda öldürülən iş adamı ilə bağlı məlumat yaydıDaxili İşlər Nazirliyi (DİN) Xaçmazda iş adamının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
Tezis.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 
Qeyd edək ki, İ. Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.