Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Bakıda “Topaz” qarət edilib

10-03-2018, 12:49 Baxış: 105
 
Bakıda “Topaz” qarət edilib

Bakıda "Topaz” qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Topaz” mərc oyunları məntəqəsindən oğurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.  

Dərhal hadisə yerinə gələn Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat pul,  6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.