Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

“Quska” Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro ayırdı — ŞOK FAKTLAR

14-03-2018, 18:37 Baxış: 284
“Quska” Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro ayırdı — ŞOK FAKTLAR
Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyaları aparan bir qrup təxribatçılar – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər bu kimi şəxsləri dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub.
Avropada fəaliyyət göstərən diaspora dairələrindən daxil olan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, "Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları qeyd olunan şəxsləri bir araya gətirərək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.
"Mafiyoz bəstəkar” kimi tanınan Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər "siyasi narazılar”dan Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.
Hüseyn Abdullayev başladılacaq kampaniyalar üçün də həmin təxribatçıların lazımı qədər vəsaitlə də təmin olunacağına söz verib.
Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında da kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı "düşmən” obrazı yaradılsın.
Daha sonra Hüseyn Abdullayev Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı Orduxan Teymurxanın dayanmasını istəyib.