Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Film kimi cinayət: iş adamı səhvən öldürüldü

30-06-2016, 11:08 Baxış: 316
Film kimi cinayət: iş adamı səhvən öldürüldü İyunun 30-da Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Hadisə ötən gecə saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi, 24 saylı mənzildə qeydə alınıb.
Ağdam rayon sakini, 1991-ci il təvəllüdlü Sərxan Süleymanov həmin ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlunu evində yatdığı yerdə qətlə yetirib. S.Süleymanov C.Kərimovu çoxsaylı bıçaq zərbələri endirməklə öldürüb.
Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində S.Süleymanov saxlanılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb.
Prokurorluqdan bildiriblər ki, hadisə səhvən törədilib. Bildirilir ki, Ağdam rayon sakini S.Süleymanov Göyçay şəhərinin Heydər Əliyev küçəsi, 24 ünvanında yaşayan C.Kərimovu deyil, Hüseynbala Əliyev 24 ünvanında yaşayan Orxan Quliyevi qətlə yetirmək məqsədilə Ağdamdan Göyçaya gəlib. Lakin S.Süleymanov Heydər Əliyev küçəsini Hüseynbala Əliyev küçəsi zənn edib həmin ünvana daxil olub və burada C.Kərimovu qətlə yetirib.
Hadisəyə səbəb isə 2 ay əvvəl Orxan Quliyevin Ağdam sakini S.Süleymanovun bacısını qaçırması olub. Dünən isə qaçırılan bacısının evlərinə qaytarılmasından qəzəblənən Sərxan Süleymanov qisas məqsədilə Göyçaya gəlib. Lakin o şəhərin Heydər Əliyev prospekti - 24 ünvanı ilə Hüseynbala Əliyev küçəsi - 24 ünvanlarını səhv salaraq gizli yola Cəbrayıl Kərimovun mənzilinə daxil olub və onu qətlə yetirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən tutularaq istintaqa təhvil verilib. Orxan Quliyevin 5 dəfə evli olduğu da məlum olub. /Trend/