Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

SON DƏQİQƏ! Məşhur azərbaycanlı ekstrasens güllələndi

25-10-2019, 11:57 Baxış: 497
SON DƏQİQƏ! Məşhur azərbaycanlı ekstrasens güllələndi
Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.
Вaxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.
Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb.
Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb.
Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.
Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı təsdiqləyib.
O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.