Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Almaniyada tanınmış azərbaycanlılar saxlanıldı

14-11-2019, 10:02 Baxış: 280
Almaniyada tanınmış azərbaycanlılar saxlanıldı
Almaniyada siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

Bu barədə xaricdə yaşayan Həbib Müntəzir məlumat yayıb.
Onun sözlərinə görə, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib.
 
"Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb.
Bu şəxslər 3-10 min avro müqabilində Azərbaycandan mühacir daşıyırlarmış”. H.Müntəzir saxlanılanlardan 7 nəfərin adını açıqlayıb:
 
1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
 
2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
 
3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
 
4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu
 
5) Əlövsət Əliyev - "Legat” İnteqrasiya Mərkəzinin sədri
 
6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuvied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü
 
7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir.
DAS üzvü deyil.