Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxıb

9-01-2020, 15:03 Baxış: 28
Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxıb
Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov və Fikrət Mirzəliyev azadlığa çıxıb.
Hər iki məhkumun cəza müddəti başa çatdığından onlar saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar.
 
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.