Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Gülər Əhmədovanın oğlu həbs edildi

12-02-2020, 17:35 Baxış: 20
Gülər Əhmədovanın oğlu həbs edildi
Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.
 
Hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.
 
Onun idarə etdiyi BMV markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd "Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.