Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Baş Prokurorluq Əfqan Nağıyevlə bağlı məlumat yaydı

10-08-2020, 14:50 Baxış: 727
Baş Prokurorluq Əfqan Nağıyevlə bağlı məlumat yaydı
Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı açıqlama yayıb.
 
"Altaba.az”ın verdiyi məlumata görə, qurumun mətbuat xidməti faktı təsdiqləyib.
 
Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
 
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi avqustun 8-də Ə.Nağıyevin ev dustaqlığına buraxılması haqda qərar verib.