Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Dağıstanda quldur dəstəsi zərərsizləşdirilib

8-07-2016, 14:08 Baxış: 295
Dağıstanda quldur dəstəsi zərərsizləşdirilibDoqquz nəfərdən ibarət "Maxaçkalılar" təxribatçı-quldur dəstəsinin üzvləri Dağıstanın Qarabudaqkənd rayonunda keçirilmiş xüsusi əməliyyat zamanı öldürülüb.
Tezis.az "RİA Novosti"yə istinadən xəbər verir ki, öldürülənlərin arasında "Maxaçkalılar" terrorçu-quldur dəstəsinin başçısı Hüseyn Tahirov da var. Bu şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd və insanların qətli ittihamı ilə axtarışda idi.
Xüsusi əməliyyat zamanı bir polis həlak olub, 3 nəfər isə yaralanıb.