Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Lotu Quli”ni yaxın adamı qətlə yetirib - FOTO

20-08-2020, 09:30 Baxış: 1 021
“Lotu Quli”ni yaxın adamı qətlə yetirib - FOTO
"Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən şəxsin kimliyi ilə bağlı ilkin versiyalar üzə çıxıb.
 
Bildirilir ki, bu şəxs Xan Əhmədlinski adlı şəxsdir və Nadir Səlifova yaxın adamlardan olub.
 
"Lotu Quli”nin dörd güllə yarası alaraq qətlə yetirildiyi qeyd edilir.
"Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
 
Bununla bağlı "Anadolu” agentliyi məlumat yayıb.
 
Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir. Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən Antalya-Dənizli avtomagistralında yaxalanıb.
 
Qeyd edilir ki, "Lotu Quli” Serik rayonunda bir hotelin restoranında öldürülüb.
 
Hadisə yerinə gələn təcili tibbi yardım maşını kriminal avtoriteti xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
   
 
   Qeyd edək ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli” gürcü dilində "ürək” deməkdi.
Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.
"Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub. "Otar”ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski”yə "oğru” adı verən "Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək "Quli”nin qisas cavabı hesab edənlər var.
 
İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron” restoranında baş vermiş atışmada da "Quli” və "Lənkəranski” tərəfdarları arasında itkilər olub.
Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru”lar və kriminallar bu davada əsasən "Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan”) alıblar.
 
"Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb.
 
İddiaya görə, "Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. Vəkillərindən birinin "Quli”yə istinadən dediyi bir cümlə də maraqlıdır: "Məni azad etsinlər, Azərbaycanda 1 saat belə qalmaram...”
"Quli”nin həbs müddəti azaldığı bir vaxtda qardaşı Müşfiq Səlifovu da həbs etdilər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi M.Səlifovun üstündən rəsmi məlumata görə, "tapança tapılmışdı”.
M.Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında "qiyama cəhd” oldu ki, bu işdə də rəsmilər nədənsə, "Quli”ni sorumlu tuturdular.
 
 2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı.
"Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürüldü.
 
"Quli” sonadək bu maddələri qondarma, onun "oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, qətiyyətlə rədd edirdi 2005-ci ilin oktyabr ayının 14-də məhkəmədə dediyi son sözlərdən bəzi seçmələri təqdim edirik: "Siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik...” "Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam.
Çünki mənim gizlədiləsi heç nəyim yoxdur və mən düzəm.
 
Mən bu gün Azərbaycanda yeganə ”qanuni oğru"yam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Bu ilin payızında mənim "zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə "proqonum” olub. Və hər şey də bundan sonra başlayıb...
Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən "qanuni oğru”yam və mənim üçün "oğru” şərəfi hər şeydən üstündür. Mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik..." 2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində "Quli” zorlama maddəsi ilə bağlı bəraət aldı.
 
Yəni həmin maddə "Quli”yə "yapışmadı”.
Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi.
Bunu da bir neçə ay əvvəl "Quli”nin vəkillərindən biri deyib: "Əfvlə bağlı da yəqin ki, heç zaman özü müraciət etməyəcək.
Ancaq mən müdafiə etdiyim şəxsin azadlığa buraxılmasını istəyirəm..

“Lotu Quli”ni yaxın adamı qətlə yetirib - FOTO