Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Vəkil: "Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur"

16-05-2016, 16:46 Baxış: 581
 Vəkil:  "Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur"
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hazırda Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham olunur.
altaba.az xəbər verir ki, bu barədə "Report”a onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, bu gün F.Qəhrəmanlıya qarşı CM-in 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xadırladaq ki, keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.
Bundan əvvəl F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.