Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

NASA bir missiya üçün nə qədər pul xərcləyir? – RƏQƏM

14-01-2017, 18:39 Baxış: 145
NASA bir missiya üçün nə qədər pul xərcləyir? – RƏQƏM

ABŞ-ın NASA kosmik agentliyi iki yeni missiya həyata keçirəcək. Bu missiyalar Günəş sisteminin sirlərini öyrənmək üçün yaxın gələcəkdə Yeri tərk edəcək.

 

Xarici KİV-lərin xəbərinə görə, "Psyche” zondu "Psixeya” dəmir asteroidini, "LUCY” isə Yupiterlə tandemdə olan "Troya” asteroidini tədqiq edəcək.

Hər iki missiya "Discovery” proqramı çərçivəsində həyata keçiriləcək.

 

"Discovery” proqramı yeni missiyaları hər dörd ildən bir seçir. NASA hər missiyanın reallaşması üçün 450 milyon dollar xərcləyir.

 

Bu ilin yanvar ayının əvvəllərində müsabiqəyə yekun vurulub. "LUCY” və "Psyche” missiyaları müsabiqədə qalib gəlib.

 

NASA "LUCY” zondunu 2021-ci ildə həyata keçirməyi planlaşdırır. Alimlər hesab edir ki,  "LUCY”nin köməyi ilə "Troya” asteroidləri tədqiq ediləndən sonra Yupiter planetinin necə yaranmasını bilmək olacaq. Eyni zamanda "Troya” orbitlərinin Yer və başqa planetlər üçün hansı təhlükələr yaratdığını müəyyən etmək mümkün olacaq.

 

Digər kosmik aparatın isə 2023-cü ildə buraxılacağı gözlənilir. O isə Yerin və Marsın orbitləri arasında olan "Psixeya” asteroidlərini araşdıracaq. Bu isə planetlərin necə formalaşmasını, onların yaranmasında toqquşmaların rolunun olmasını bizə anlamağa yardım edəcək.