Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

“Azərenerji”dən hansı səlahiyyətlər alındı? – Fərman

2-06-2016, 13:03 Baxış: 302

“Azərenerji”dən hansı səlahiyyətlər alındı? – FərmanÖtən gün Prezident İlham Əliyev Bakıelektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətinin Azərişıq Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli 119 nömrəli fərmanında və bəzi sərəncamlarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

Tezis.Az xəbər verir ki, fərmana əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın II hissəsinin 8-ci, 13-cü və 19-cu bəndlərinin "İcra orqanları” sütununda "Azərenerji Səhmdar Cəmiyyəti” sözləri Azərişıq Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilib. 

Beləliklə, qaçqınların və məcburi köçkünlərin yaşadıqları ərazilərdə elektrik enerjisi təchizatının yaxşılaşdırılması, repatriasiya dövründə zəruri obyektlərin elektrik enerjisi ilə təchiz olunması "Azərenerji”dən "Azərişığ”a verilib. 

Bundan əlavə, "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.3.1-ci yarımbəndinin "İcraçı qurumlar” sütununda "Azərenerji” sözü "Azərişıq” sözü ilə əvəz edilib. 

Sözügedən bəndə əsasən, sanatoriya-kurort müəssisələrinin etibarlı elektrik enerjisi ilə təminatı "Azərenerji”dən alınaraq "Azərişığ”a verilib.