Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 03.07.2017

3-07-2017, 11:50 Baxış: 270
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 03.07.2017
Bu həftə açıqlanacaq FED-in toplantı protokolu və Amerikanın əmək bazarı ilə bağlı fundamental məlumatlar, investorlar tərəfindən böyük maraqla gözlənilir. EUR/USD məzənnəsi 1.16$-a kimi də bahalaşa bilər.
EUR/USD məzənnəsi keçən həftə 1.1445$-a kimi 2.5% bahalaşaraq, son 14 ayın maksimum səviyyəsini yeniləyib.
Cari həftənin ilk sessiyasında avro/dollar valyuta cütlüyünün qiyməti qismən korreksiya etsə də, 1.14$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 1.1480, 1.1540 və 1.1600$-a kimi də bahalaşa bilər. Dünya birjalarında Amerika Mərkəzi Bankının (Fed) növbəti faiz artımı üzrə gözləntilərin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də təzyiq etməkdədir. Bu həftə maliyyə bazarlarında investorların diqqət mərkəzində olan önəmli fundamental məlumatlar isə çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq, FED-in toplantı protokolu və cümə günü saat 16:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı statistik göstəricilərdir. BREKSİT və GBP. GBP/USD valyuta cütlüyünün qiyməti də 1.30$-a kimi bahalaşıb və gələcək günlər ərzində 1.30$ ətrafında ticarət ediləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Avropa Birliyi ilə İngiltərə arasında BREKSİT danışıqlarının nəticələri də böyük maraqla gözlənilir. Türkiyə Mərkəzi Bankının sərt monetar siyasəti diqqət mərkəzində. Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin isə 3.50 və 3.48TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Türkiyədə inflyasiyanın cari il ərzində 12%-ə kimi artması fonunda maliyyə bazarlarında Türkiyə Mərkəzi Bankının siyasətini sərtləşdirə biləcəyi gözləntiləri, Türk lirəsinin daha da bahalaşa biləcəyini gözləməyə əsas verir. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq, Türkiyənin iyun ayı üzrə inflyasiya səviyyəsi də investorların diqqət mərkəzindədir. Neftə olan tələb artıb - Brent nefti 49$. Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti gözlənildiyi kimi 49$-a kimi bahalaşıb. Dünya iqtisadiyyatında aktivliyin iyun ayında artması, neftə olan tələbin də artmasına təsir edir. Beləliklə, qiymətin gələcək günlər ərzində 46$ üzərində ticarət ediləcəyi və 51$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Qızılın qiyməti 1256$-a kimi bahalaşa bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin son 9 ayın minimum səviyyəsinə kimi ucuzlaşması, əlvan metallar bazarlarında qızıl qiymətlərinin də bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 1237$-ın (39.7 $/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1256$ (40.3 $/qram) kimi də bahalaşa bilər.