Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

ÇL: "Çelsi"-"Qarabağ" qarşılaşmasında hesab 6:0-la başa çatıb

13-09-2017, 00:47 Baxış: 293

ÇL: "Çelsi"-"Qarabağ" qarşılaşmasında hesab 6:0-la  başa çatıb"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində debüt edib. C qrupunda yer alan Azərbaycan təmsilçisi ilk turda İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub.

"Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. 

"Çelsi" ilk yarıda 2, fasilədən sonra isə 4 qol vurub. Bu oyunda Ansi Aqollinin zədə üzündən meydana çıxmaması və arxa xətdə buraxılan kobud səhvlər öz sözünü deyib. Xüsusən, qapıçı İbrahim Şehiçin inamsız oyunu qeyd edilməlidir. Ön xətdə isə "Qarabağ" ciddi heç nə ilə yadda qalmayıb. Yalnız oyunun sonlarında Dino Ndlovu qol imkanı qazansa da, zərbəsi qapının üstündən keçib. 

Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə böyük hesablı məğlubiyyətlə başlayıb. 

Çempionlar Liqası, qrup mərhələsi

C qrupu