Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Komitə sədrindən sərt AÇIQLAMA: “A kişi, göydən dollar yağır?”

14-06-2016, 18:51 Baxış: 471

Komitə sədrindən sərt AÇIQLAMA: “A kişi, göydən dollar yağır?”"Cərimə sanksiyaları ilə maaşdan əlavə pul alan məmurlar maraqlı olacaqlar ki, daha çox cərimə yazssınlar. 

Yaxud onlar çalışacaqlar ki, vətəndaşlar maliyyə intizamını pozsunlar və onlar da vətəndaşlara cərimələr yazssınlar”. 

Tezis.Az-ın xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Vergi Məcəlləsin’ edilən dəyişikliyə münasibət bildirərkən söyləyib. 

Onun sözlərinə görə, elə dövlət orqanları var ki, onların əməkdaşları cərimə yaza bilmir:

"Elə nazirliklər var ki, oranın əməkdaşları maliyyə sanksiyası tətbiq edə bilmir. Bəs onların əmək haqları necə olacaq? Belə çıxır ki, onların maaşları artmayacaq? Ona görə də məmurların daşıdığı vəzifə, intellektual yük, stress nəzərə alınmalıdır və əmək haqqı buna uyğun təyin edilməlidir”. 

Qüdrət Həsənquliyev maaş məsələsində sosial ədalətə əməl olunmağın vacibliyini xüsusi vurğulayıb: 

"Kimin səlahiyyəti və hüququ varsa, maliyyə sanksiyası tətbiq edib yaxşı yaşayacaq. Kimdə  yoxdursa, az maaşla əziyyət çəkəcək ? Bu düzgün deyil. Mən inanıram ki, bu cür sosial ədalətsizlik ardan qaldırlacaq. Məsələn, Tərtərdə xidmət edən zabit cərimə yazmırsa yaxud maliyyə sanksiyası tətbiq etmirsə maaşı artmalı deyil?”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da həmkarının fikirlərini dəstəkləyib: 

"Şəffaflıqdan, birlikdən danışırıqsa, büdcədənkənar vəsait anlayaşını başa düşə bilmirəm. Əgər işçinin sosial vəziyyətini yaxşılaşdırmaq istəyirsənsə bunu dövlət büdcəsinə daxil edilsin. 

Müxtəlif dövlət qurumlarının büdcəsi artırılsın, eləcə də orada əmək haqqı fonduna ayrılan vəsait artsın. Çünki büdcədənkənar vəsaitləri nə Hesablama Palatası, nə də digər dövlət qurumları yoxlaya bilmir. Hətta onların işi məhdud olur. Hardan bilim ki, Vergilər Məcəlləsinə edilən dəyişiklikdən sonra kimlər nə qədər mənfəət götürmür?! Buna kim zəmanət verə bilər? 

Ziyad müəllim (Ziyad Səmədzadə-red) buna zəmanət verə bilərmi? Burada tərəfkeşliy, ayrıseçkilik nə dərəcədə tənzimlənəcək. Hazırda bu rəqəm 25 faizdir, indi isə biz bunu 50 faiz edirik. Gələcəkdə bu 100 faiz ediləcək. Belə çıxır ki, insanlar qazandıqları pulu ancaq vergi işçilərinin əmək haqqının artırılmasına versin. Bu cür yanaşma düzgün deyil. Birdə görürsən ki, regionlarda hansısa abadlıq işi aparılanda deyirlər ki, bunu büdcədənkənar vəsait hesabına həyata keçirmişik. A kişi göydən dollar, manat yağır? Prezidentin Ehtiyat Fondu var və ənənəvi şəkildə regionlara maliyyə vəsaitləri ayrılır. 

Həmin o məbləğlər də büdcədə nəzərdə tutulmuş vəsaitdir. Hər şeyin hesabı-kitabı var. Ümumiyyətlə bu cür yanaşmalar ləğv edilməlidir. Daxil olan bütün vəsaitlər dövlət büdcəsinə köçürülməlidir. 

Cəbhəboyu ərazilərdə xidmət edən əsgərlərin maaşı niyə artırılmasın? Halbuki onlar yağışda, boranda vətənin keşiyində dururlar. 

Ancaq maliyyə sanksiyası tətbiq edə bilmədiyindən onun sosial təminatı yaxşılaşmır. Bu kimi sanksiyalar nəzərdə tutulanda buna aidiyyatı qurumlarla razılşadırıb sonra tətbiq etmək lazımdır. Hansı xarici ölkənin təcrübəsində belə bir yanaşma var? Özümüzdən Amerika kəşf etməli deyilik. Sanksiyaların tətbiq edilməsinə qarşı deyiləm. Sadəcə istərdim ki, bütün əldə olunan vəsaitlər dövlət büdcəsinə daxil olsun. Yalnız bundan sonra şəffaflıqdan danışmaq olar. Əks təqdirdə biz rüşvətxorluq mənbəyi yaradırıq”. 

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə bildirib ki, büdcədənkənar fondda hər bir manat ciddi nəzarət altındadır, burada heç bir şübhə ola bilməz. 

Qeyd edək ki, hazırda vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 25 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondu formalaşdırılır.

Yeni layihədə isə vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulur. 

Vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə həmin fond vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanskiyalarının 50 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondunu formalaşdıracaq.