Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Səməd Seyidov: "AŞPA-da hər kəs amnistiya aktını təqdir etdi"

20-06-2016, 16:39 Baxış: 389
Səməd Seyidov: "AŞPA-da hər kəs amnistiya aktını təqdir etdi"
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda qurumun yay sessiyasında ölkəmizdəki son islahatlar və qəbul edilmiş amnistiya aktı ilə bağlı təşəbbüslərin müsbət qiymətləndirildiyini qeyd edib.
Tezis.az xəbər verir ki, Səməd Seyidov bildirib ki, AŞPA-dakı bütün siyasi qrupların liderləri Azərbaycandakı son amnistiya aktını təqdir edib. Onun sözlərinə görə, AŞPA prezidenti Pedro Aqramunt sessiyasının açılışında Azərbaycanda son islahatları və ölkədə gedən inkişafı alqışlayıb.
Qeyd edək ki, Pedro Aqramunt öz öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün AŞPA-nın Azərbaycanla konstruktiv dialoqu davam etdirməli olduğunu söyləyib.
Xatırladaq ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə layihə təqdim olunmuşdu. Parlamentin qəbul etdiyi layihə çərçivəsində 3500 nəfər azadlığa qovuşacaq.