Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Səfir prezidentlərin görüşünü şərh etdi

22-06-2016, 23:28 Baxış: 198

Səfir prezidentlərin görüşünü şərh etdi

"ABŞ iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş üçtərəfli görüşdə əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq". 
Tezis.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib. 
Onun sözlərinə görə, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır: "Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar. Burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".