Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb

25-09-2018, 15:18 Baxış: 124

Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıya gələn Bolqarıstanın baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.