Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

“Barselona” – “Real Madrid” oyunu heç-heçə başa çatıb

7-02-2019, 07:31 Baxış: 153
“Barselona” – “Real Madrid” oyunu heç-heçə başa çatıb
Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. "Nou Kamp” stadionunda "Barselona” və "Real Madrid” komandaları üz-üzə gəlib.
Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.
"Barsa”nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda "Barselona” ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.
Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq.
Cavab qarşılaşmaları fevralın 27-28-də keçiriləcək.