Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Əlcəzairdə siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə tələbə marşları keçirilib

15-04-2019, 06:50 Baxış: 10
Əlcəzairdə siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə tələbə marşları keçirilib
Bazar günü Əlcəzairin bir sıra əyalətlərində hazırki siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə dinc tələbə marşları keçirilib.
TASS xəbər verir ki, bu barədə "Algerie Press Service" məlumat yayıb. Küçə aksiyaları, xüsusilə, Oran, Əl-Tarf, Şlef, Tebessa əyalətlərində baş tutub.
Tələbələrin əsas tələbi uzun illər hakim rejimin rəmzləri olan şəxslərin - müvəqqəti prezident Əbdülqədir Binsaleh, baş nazir Nurəddin Bedui, Konstitusiya Məhkəməsinin rəhbəri Tayib Belaiz, həmçinin hakim "Milli Azadlıq Cəbhəsi" partiyası rəhbərlərinin hakimiyyətdən dərhal getmələri olub.
Fəallar tələbləri yerinə yetirilməyincə dinc aksiyaların davam etdiriləcəyini bildiriblər.