Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Qarabağ atları İngiltərə kraliçasının qarşısında...

16-05-2016, 09:44 Baxış: 537

Qarabağ atları İngiltərə kraliçasının qarşısında...Vindzor qəsrində azərbaycanlı çaparlar da iştirak edib.

İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə Vindzor qəsrində Kral Vindzor at şousu keçirilib. Ölkəmizin bu şouda iştirakı Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanı Qarabağ cinsindən olan 15 at təmsil edib.

ANS PRESS-in bildirdiyi məlumata əsasən, azərbaycanlı çaparların akrobatik şou nömrələri və Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının çıxışları tamaşaçıların rəğbətini qazanıb.Qarabağ atları İngiltərə kraliçasının qarşısında...

Vindzorda Azərbaycan mədəniyyəti pavilyonu təşkil edilib. Pavilyonda iştirakçılara xalqımıza məxsus şirniyyatlar təqdim olunub, tariximizi, mədəniyyətimizi, ölkəmizin inkişafını əks etdirən kitablar və CD diskləri paylanılıb, canlı musiqilər səsləndirilib. Mədəniyyətimizin təqdimatı tar ifaçısı Rafiq Rüstəmov və Azərbaycanın Xalq Artisti Fidan Hacıyevanın ifası ilə müşayiət olunub.

Pavilyon vasitəsilə yüzlərlə britaniyalı və dünyanın müxtəlif yerlərindən gələn at həvəskarları Azərbaycan və Dağlıq Qarabağ haqqında məlumatlar əldə edib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter fikirlərini bölüşüb: "Qarabağ atlarının Kral Vindzor at şousuda iştirakı çox əlamətdar bir hadisədir. Yüz minlərlə azərbaycanlı kimi atlar da Dağlıq Qarabağ erməni hərbi qüvvələri tərəfindən zəbt ediləndən sonra məcburi köçkünə çevriliblər. Mən əminəm ki, atlar da elə məcburi köçkün insanlar kimi öz qədim ata-baba torpaqlarına qayıtmaq həsrətindədirlər”.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Blekman tədbirdə iştirak edib. O, Qarabağ atlarının tamaşaçılarda müsbət təəssürat yaratdığını deyib.Qarabağ atları İngiltərə kraliçasının qarşısında...Qarabağ atları İngiltərə kraliçasının qarşısında...