Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Sergey Lavrovun Vyanada Dağlıq Qarabağ danışıqları ilə bağlı brifinqi- VİDEO

17-05-2016, 01:12 Baxış: 518
 Sergey Lavrovun Vyanada Dağlıq Qarabağ danışıqları ilə bağlı brifinqi- VİDEO
Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşündə tərəflər Dağlıq Qarabağ üzrə 1994-1995-ci illərin barışıq formatına riayət olunması barədə razılığa gəliblər.
Bu barədə TASS agentlyi məlumat yayıb.  
Bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) vasitəçiliyi ilə Vyanada keçirilən Dağlıq Qarabağ problemi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticəsi haqqında Rusiyanın xarici işlər naziri Serqey Lavrov məlumat verib. 
Lavrovun sözlərinə görə, "tərəflər razılığa gəldi və bu barədə tərəflərin birgə bəyanatı olacaq. Tərəflər atəşin dayandırılması barədə 1994-1995-ci illərdə əldə olunmuş barışıq rejiminə riayət edilməsi haqqında razılığa gəliblərr. Düşünürük ki, həm Azərbaycan , həm erməni tərəfi kompromislərin ifadə edilməsinə istiqamətləniblər. Biz də buna imkan yaradacağıq”. 
Tezis.az-ın məlumatına görə, Lavrov onu da əlavə edib ki, Qarabağ probleminin yekun tənzimləmə parametrlərini razılaşdırmaq üçün iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşün yeri və vaxtını müəyyənləşdirəcəklər.