Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Ramzan Kadırov İlham Əliyevə minnətdarlıq etdi

11-09-2016, 15:45 Baxış: 816
Ramzan Kadırov İlham Əliyevə minnətdarlıq etdi
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib. Minnətdarlığı səbəbi Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya paralimpiyaçılarının lisenziyalarından imtina etməyə görədir.
 R.Kadırov öz "İnstaqram" səhifəsində qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin Rusiya paralimpiyaçıları üçün nəzərdə tutulan lisenziyaları geri alaraq digər ölkələr arasında bölüşdürüb. Amma Azərbaycan ona təklif edilən 3 lisenyinı götürməkdən imtina edib.
"Bakıda növbəti dəfə olduqca mühüm hadisə baş verdi – Azərbaycan BOK-un Rusiya paralimpiyaçıları üçün nəzərdə tutulan lisenziyaların ölkəyə verilməsi ilə bağlı təklifini rədd etdi. Şübhə etmirəm ki, bu xoşməramlı jest məhz Azərbaycan Prezidenti tərəfindən edilib. Beləliklə, İlham Heydər oğlu Azərbaycan və Rusiya idmançılarına eyni hörmətlə yanaşdığını aydın şəkildə nümayiş etdirdi. Bu bizim üçün olduqca dəyərlidir. Azərbaycanın Rusiya ilə bütün sahələrdə həmişə isti, dost münasibətləri olub. Əlbəttə ki, Azərbaycan və Rusiyanın subyekti olan Çeçenistan arasında əlaqələr son dərəcə qardaşlıq xarakteri daşıyır. Tam əminəm ki, bu münasibətlər getdikcə yalnız möhkəmlənəcək. Mən buna görə İlham Heydər oğluna səmimi qəlbdən minnətdarlığımı bildirirəm”.