Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Azərbaycanlı hacıların hamısı Vətənə dönüb

22-09-2016, 19:03 Baxış: 211
Azərbaycanlı hacıların hamısı Vətənə dönüb
Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların hamısı Vətənə qayıdıb.
Bu gün zəvvarları gətirən ilk təyyarə 16:21-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İkinci və zəvvarların son qafiləsini gətirən təyyarə isə axşam saat 18:30-də Bakıya eniş edib.
Azərbaycanlı zəvvarlar bu il sentyabrın 19-dan başlayaraq Vətənə dönməyə başlayıblar. Onlar sentyabrın 19-u, 21-i və 22-si tarixlərində təyyarə ilə qayıdıblar.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.