Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

“Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdır” - Pavel Felgenhauer

23-09-2016, 19:31 Baxış: 447
“Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdır” - Pavel Felgenhauer
"Ermənistan paradda "İsgəndər” raket kompleksini nümayiş etdirməklə, Azərbaycanı qorxutmağa çalışıb” 
 "Rusiyanın Ermənistana "İsgəndər” raket kompleksi satması region üçün böyük təhlükədir. Bu silah kompleksi Ermənistan ordusunun imkanlarını genişləndirə bilər”. 
Bu sözləri Rusiyanın tanınmış hərbi eksperti və jurnalisti, "Novaya qazeta”nın şərhçisi Pavel Felgenhauer deyib. O bildirib ki, Ermənistan ordusunda bu vaxta qədər R-17 raket kompleksi olub: "Lakin həmin raket kompleksinin hədəfi vurmaq dəqiqliyi və məsafəsi "İsgəndər”dən azdır. "İsgəndər” isə hədəfi dəqiq vurur. Ermənistana verilən çox güman ki, "İsgəndər E” raket kompleksidir. Bu kompleks "İsgəndər M”dən çox fərqlənir. "İsgəndər E” ixrac edilən modifikasiyadır. Onun hədəfi vurmaq uzaqlığı "İsgəndər M”dən 200 km azdır. "İsgəndər M” 500 km-dən çox məsafədəki hədəfi vurur. Rusiya "İsgəndər M”i Ermənistana sata və ya verə bilməz. Çünki bu, Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması anlamına gələr. 300 km-dən artıq vuruş məsafəsi olan raket kompleksinin münaqişə iştirakçısı olan dövlətlərə satılması beynəlxalq öhdəliklərin pozulması deməkdir. Əgər Rusiya Ermənistana "İsgəndər M” raket kompleksi veribsə, o zaman beynəlxalq öhdəliyi pozub”.