Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş etdiriləcək

12-01-2017, 07:36 Baxış: 276
Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş etdiriləcək
Yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu "Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsəri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin imzaladığı Sərəncam ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təqdim ediləcək. Tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub. Səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur. Tamaşada əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.