Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Britaniyanın ən məşhur yeni filmləri Bakıda

7-04-2017, 19:41 Baxış: 231
Britaniyanın ən məşhur yeni filmləri Bakıda "British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aprelin 28-dən mayın 4-dək üçüncü "British Film Spring” festivalını keçirəcək. Axşam.az xəbər verir ki, bu barədə "British Council Azərbaycan” məlumat yayıb. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar "Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), "Mən, Deniel Bleyk” (I, Daniel Blake), "Yan, yan, yan” (Burn, Burn, Burn), "Daşqın” (The Levelling), "Möhtəşəm həyat” (This Beautiful Fantastic) və "Etel və Ernest” (Ethel and Ernest) filmləridir. Builki açılış filmi Reyçel Tunnardın mükafat almış "Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.

Britaniyanın ən məşhur yeni filmləri Bakıda