Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

"Multikulturalizm gənclərin gözü ilə"

8-06-2016, 09:58 Baxış: 336
"Multikulturalizm gənclərin gözü ilə"
İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və partiyanın Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə "Multikulturalizm gənclərin gözü ilə" mövzusunda tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Siyasi Şurasının üzvləri - YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, partiyanın Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı və fəal gənclər iştirak edirdilər. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tədbiri açaraq bildirdi ki, Azərbaycan təkcə əhalisinin etnik zənginliyi ilə deyil, həm də bütün xalqlara hörmətlə yanaşması, onların sülh və firavanlıq şəraitində birgə yaşaması ilə dünya ölkələrinə nümunədir. Natiq qeyd etdi ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının tərkib hissəsi, dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan multikulturalizmin Azərbaycan nümunəsi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dünyada rəğbətlə qarşılanır və «Azərbaycan multikulturalizmi» fənni bir çox ölkələrin ali məktəblərində tədris edilir. YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusova, təşkilatın fəal gənci Tamerlan Əkbərov diqqətə çatdırdılar ki, tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı qeyd etdilər ki, ölkəmizdə müxtəlif dini icmalar əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Bu uğurlu siyasət nəticəsində multikulturalizm Azərbaycanda həyat tərzinə, xalqımız üçün mühüm demokratik dəyərə çevrilib. YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək diqqətə çatdırdı ki, Gənclər Birliyi də hər zaman milli mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verməyə çalışır. Ayrı-ayrı bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müxtəlif müzakirələr aparılır. S.Orucov vurğuladı ki, ölkəmizdə müxtəlif dini icmalar əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, ölkəmizin multikultural dəyərlərə verdiyi qiymət göz qabağındadır: "Dünyanın əsas probleminə çevrilən bu dəyərlər bu gün beynəlxalq ictimaiyyəti narahat etməyə başlayıb. Avropada bu dəyərlər ayaq altına atılır. Lakin Azərbaycanda multikulturalizm ölkə siyasətinin ana xəttini təşkil edir. Multikulturalizm Azərbaycan xalqının yaşam tərzidir. Milli azlıqların dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşılır. Bu mənada Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünya dövlətlərinə bir sülh mesajıdır." V.Rəhimzadə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası xalqımızın multukultural dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və dövlətçilik prinsipləri baxımından mənəvi, siyasi birliyini əlaqələndirir: "Azərbaycan tolerant dövlətdir, respublikamız dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır." "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən söz açdı.
B.Quliyev əlavə etdi ki, Azərbaycanda multikultural sərvətin və ənənələrin qorunmasına və nəsildən-nəslə ötürülməsinə xüsusi diqqət yetirilir. Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında multikulturalizmin Azərbaycan cəmiyyətinin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının əsas komponentlərindən birini təşkil etdiyini bildirdi: "Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər meydana çıxır."
Tədbirin sonunda YAP-a yeni üzv olan bir qrup gəncə partiya vəsiqələri təqdim olundu.