Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Sabah Xalq artistimizlə vida mərasimi keçiriləcək

1-11-2017, 14:10 Baxış: 292
Sabah Xalq artistimizlə vida mərasimi keçiriləcək 

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan paytaxtımıza yola salınacaq.

Publika.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək. Yas mərasimi isə Heydər Məscidində baş tutacaq.

Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Rafiq Hüseynov uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.