Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

İranda Azərbaycan dilində film çəkiləcək

10-11-2017, 10:10 Baxış: 185
İranda Azərbaycan dilində film çəkiləcək 
İranda Azərbaycan dilində "Ögey gəlin” adlı yeni film çəkiləcək.
Azərtac-ın məlumatına görə, təbrizli rejissor Əsgər Yüsifinejad filmin İranın kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib. 
Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Ə. Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Təbriz və Tehran şəhərlərində aparılacaq.
Xatırladaq ki, rejissorun Azərbaycan dilində çəkdiyi "Ev” adlı birinci filmi ötən ay Tokio və Avstraliyada keçirilən festivallarda nümayiş olunub.