Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Moskvada Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

23-01-2018, 17:21 Baxış: 338
Moskvada Qara Qarayevin 100 illik yubileyi keçiriləcək Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə fevralın 1-də Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında konsert keçiriləcək.
Konsert Rusiya və Azərbaycanın mədəniyyət nazirlikləri tərəfindən təşkil ediləcək.
İki hissədən ibarət olacaq konsertdə incəsənətşünas Rauf Fərhadov aparıcılıq edəcək.
Konsert gecəsində qonaqlara Q.Qarayevin bir neçə əsəri, o cümlədən fortepiano üçün məşhur prelüdiyalar və "Yeddi gözəl" baletindən seçmələr təqdim ediləcək. Musiqiləri Yelena Reviç (skripka), Olqa Domnina (fortepiano) və Yevgeni Astafurov (bariton) ifa edəcəklər.