Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Məhəmməd Yunus Umud Mirzəyevə təşəkkür etdi

22-06-2016, 17:49 Baxış: 594
Məhəmməd Yunus Umud Mirzəyevə təşəkkür etdi

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı  ilə Bakıya səfər etmiş  Nobel Sülh Mükafatı laureatı professor, Məhəmməd Yunus Azərbaycanda 3 günülk səfərinə və "Kasıbların Bankiri” kitabının Beynəlxlaq Avrasiya Mətbuat Fondunun ofisində təmtəraqla təqdimatına  görə, BAMF-ın sədri Umud Mirzəyevə təşəkkür məktubu ünvanlayıb. Məktub Dəkkədəki Yunus Mərkəzinin Baş meneceri Amir Kaşru vasitəsi ilə BAMF sədrinə çatdırılıb.

Məktubda deyilir:

"Əziz dostum, Cənab Mirzəyev,

Azərbaycana səfərim möhtəşəm və mənalı oldu. Əminəm ki, Azərbaycan sosial biznes fəlsəfəsinin yaxın gələcəkdə vüsət alacağı uğurlu bir nümunəyə çevriləcək. İnanırıq ki, Azərbaycanda sosial biznes fəlsəfəsinin əsası qoyulacaq”.

BAMF-ın Azərbaycanda və beynəlxalq səviyyədə uğurlarına toxunan Məhəmməd Yunus bildirir: "Belə kiçik heyətlə bu qədər gözəl bir tədbirin həyata keçirilməsi inanılmaz idi. Xüsusilə, ölkə prezidenti Cənab İlham Əliyev ilə görüşümüzün baş tutmasına çox sevindik. Kitabımın təqdimatı mərasimi də yadda qalan bir hadisə oldu. ADA və İqtisad Universitetlərində çıxışlarımın təşkili, ilk dəfə regionda Yunus Mərkəzinin açılmasına göstərdiyiniz səylərə görə sizə və sizin həmkarlara minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, 3 günlük səfər ərzində professor Muhammed Yunus  Azərbaycan Respublikası prezidentinin qəbulunda olub, Əmək və Əhalinin sosial müdafiəsi naziri , İqtisadiyyat naziri ilə görüşlər keçirib.ADA və İqtisad Universitetlərində geniş məruzə ilə çıxış edib. Səfər zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş qərargahında cənab Yunusun "Kasıbların Bankiri” Azərbaycan dilindəki nüsxələrinin təqdimatı olub, Nobel Sülh Mükafatı laureatı BAMF-ın ali mükafatı ilə təltif edilib.