Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü

1-03-2018, 09:51 Baxış: 214
Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb.

Muzeydən verilən məlumata görə, Azərbaycan Xalça Muzeyinin təcrübəsini Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir.

Beynəlxalq Sənədləşmə Komitəsi muzeyin sənədləşmə prosesində yaxşı təcrübə və bu sahədə inkişaf barədə məsləhətlər verir. Bu Komitə 1950-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq komitələrindən biri kimi yaradılıb. Beynəlxalq Muzeylər Şurası isə YUNESKO yanında qeyri-hökumət təşkilatı statusunda yaradılan beynəlxalq qurumdur.