Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

İtaliyan bəstəkar Şimal Buzlu Okeanda piano çalıb - VİDEO

22-06-2016, 20:56 Baxış: 277
İtaliyan bəstəkar Şimal Buzlu Okeanda piano çalıb - VİDEO
Məşhur İtalyan bəstəkarı  və pianoçu Ludovico Einaudi Şimal  Buzlu Okeanındakı  süni  buz kütləsi üzərində performans nümayiş etdirib.  
İtalyan bəstəkar  ətraf mühiti qorumaq uğrunda mübarizə aparan "Greenpeace” təşkilatının  "Arktikanı qoruyaq” (Save the Arctic)  kampaniyasına dəstək vermək üçün  bu addımı atıb. Norveçin  "Şpisbergen" arxipelaqı yaxınlığında yaradılan süni buz kütləsi üzərində özü bəstələdiyi  "Elegy For The Arctic”  musiqisini ifa edib.  
Qeyd edək ki, "Greenpeace” kampaniya çərçivəsində Arktika bölgəsində neft hasilatının  və balıq ovunun dayandırılması  və Şimal Qütbü ətrafında beynəlxalq suların qorunması üçün mübarizə aparır.