Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

İtaliya telekanalı Azərbaycan haqqında reportaj hazırlayıb

25-06-2016, 22:36 Baxış: 300
İtaliya telekanalı Azərbaycan haqqında reportaj hazırlayıb
İyunun 19-da Bakıda keçirilmiş "Formula 1” yarışmasının İtaliyanın ən nüfuzlu televiziya kanalı olan RAI 1-də canlı yayımı çərçivəsində Azərbaycanın italyan turistlər üçün yeni turizm istiqaməti kimi təşviqi ilə əlaqədar reportajlar yayımlanıb.
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, reportajlarda ölkəmizin tarixi-mədəni irsi, xalçaçılıq ənənələri, habelə Bakı şəhərinin memarlığı, şəhərin görməli yerləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Alov Qüllələri barədə məlumatlar verilib.
Bundan əlavə, məlumatlarda habelə Azərbayanın neft sənayesi tarixi, ölkəmizin son illərdəki inkişafı, beynəlxalq idman tədbirlərinin təşkilatçısı olmasından da söhbət açılıb.
Eləcə də canlı yayım vaxtı Azərbaycanın milli musiqi alətləri və muğam musiqi sənəti barədə təqdim edilmiş ayrıca reportajda Azərbaycanın əməkdar artisti Fehruz Məmmədov, "Qarabağ” xalq çalğı alətləri ansamblının musiqi rəhbəri, əməkdar artist Əliağa Sədiyev və kaman ustası Xəyyam Məmmədovun ifasında Azərbaycan muğam kompozisiyası səsləndirilib.