Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Dünyaca məşhur reper "50 Sent" konsert zamanı həbs edilib.

27-06-2016, 12:25 Baxış: 673
Dünyaca məşhur reper "50 Sent" konsert zamanı həbs edilib.

Dünyaca məşhur reper "50 cent" konsert zamanı həbs edilib. Karib dənizi sahilində yerləşən Sent -Kid adasında 40 min tamaşaçı önündə qeyri-etik sözlər işlətdiyinə görə reperi polislər yaxalayıb.Tezis.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hələ konsertdən öncə təşkilatçılar  "50 Cent"-ə on minlərlə tamaşaçı qarşısında vulqar kəlmələr işlətməyə icazə verməyib. Qoyulmuş şərtə baxmayaraq reper "PIMP"mahnısını ifa edərkən bir neçə dəfə söyüş söyüb. Deyilənə görə, "50 Cent" heç bir vulqar kəlmə işlətməyib. Səslənən söyüşlər isə repin musiqisində (minusunda) olub.Reperin təmsilçisinin sözlərinə görə, cərimə ödənildikdən sonra "50 Cent" azadlığa buraxılıb. Təqsirkar özü isə növbəti dəfə Sent-Kidsə səfər edəcəyi halda bütün qeyri-etik kəlmələri ABŞ-da qoyub gələcəyini pərəstişkarlarına çatdırıb.

Qeyd edək ki, Amerikalı reper, boks promouteri, yazıçı və prodüser, əsl ad və soyadı "Körtis Cekson"dur