Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

İran Milli Orkestri Gəncədə maraqlı konsert proqramı təqdim edib

29-06-2018, 22:36 Baxış: 222
İran Milli Orkestri Gəncədə maraqlı konsert proqramı təqdim edib
Gəncə, 29 iyun, Rauf Hacıyev, AZƏRTAC İyunun 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində konsert təşkil edilib.
Konsertdə tanınmış İran dirijoru Firudin Şəhbarianın bədii rəhbərliyi və İran Milli Orkestrinin müşayiəti ilə tamaşaçılara bir-birindən maraqlı musiqi əsərləri təqdim olunub. İranın məşhur xanəndəsi Salar Əqilinin İran Milli Orkestrinin müşayiəti ilə ifa etdiyi mahnılar musiqisevərlərin zövqünü oxşayıb. Şərq-İran musiqisinin ən gözəl nümunələrinin yüksək sənətkarlıqla təqdim olunduğu konsert Gəncənin mədəni mühiti və şərq musiqisi həvəskarları üçün böyük mədəniyyət hadisəsinə çevrilib.
İran Milli Orkestri Gəncədə maraqlı konsert proqramı təqdim edib İran Milli Orkestri Gəncədə maraqlı konsert proqramı təqdim edib İran Milli Orkestri Gəncədə maraqlı konsert proqramı təqdim edib