Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Mərkəzi Elmi Kitabxanada Xalq artisti Rasim Balayevin 70 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

14-07-2018, 14:31 Baxış: 352

Mərkəzi Elmi Kitabxanada Xalq artisti Rasim Balayevin 70 illik yubileyinə həsr olunan tədbir keçiriləcək AMEA Mərkəzi Elmi Kitabxanası(MEK) növbəti tədbirini keçirməyə hazırlaşır. Xalq artisti Rasim Balayevin 70 illik yubileyinə həsr olunan " Rasim Balayev. Azərbaycan kino sənətində tarixi şəxsiyyətlərimiz və milli qəhrəman obrazları" adlı tədbir keçiriləcək. 

Tədbirdə arzu edən hər bir kəs iştirak edə bilər. Sənətkarın sənət dostlarının, incəsənət və mədəniyyət xadimlərinin, doğmalarının,Türkiyədən də qatılacaq qonaqların iştirakı ilə gerçəkləşəcək tədbirdə MEK-in "Rasim Balayev. Azərbaycan kino sənətində tarixi şəxsiyyətlərimiz və milli qəhrəman obrazları" adlı hazırladığı videoçarx da təqdim olunacaq.

Tədbirə giriş sərbəstdir.

Tədbir 24 iyul 2018-ci il, saat 15.00-da
AMEA Mərkəzi Elmi Kitabxanasının Böyük Konfrans zalında (IV mərtəbə) keçiriləcək.

MEK İctimaiyyətlə əlaqələr bölməsi