Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub

23-07-2018, 20:23 Baxış: 169
Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub
İyulun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və "Riad pro”nun təşkilatçılığı ilə "Uşaqlar gələcəyimizdir” devizi altında ilk Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub.
Festivalın keçirilməsində əsas məqsəd uşaq-gənclər folklor yaradıcılığının inkişafı, xalqlar arasında mədəniyyət və dostluq körpülərinin qurulmasıdır. Tədbirin açılışında "Aysel” və "Cahan” (Azərbaycan), "Vardiza” (Gürcüstan) və "Bobby dance academy” (Hindistan) rəqs kollektivləri rəngarəng və maraqlı rəqs nömrələri təqdim ediblər. Rüstəm Zeynallının idarəçiliyi ilə "Şeron” qrupunun çıxışı ilə gecəyə yekun vurulub. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaqlar Bakının gözəlliyinə valeh olduqlarını bildirib, festivalın yüksək səviyyədə təşkilindən razılıq ifadə edib, bir-birinə milli suvenirlər bağışlayıblar. Festivalın iştirakçılarına xatirə plaketləri təqdim edilib.Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub