Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Şirməmməd Hüseynov: "Ölməyə vaxtım yoxdur"

30-06-2016, 18:12 Baxış: 436
Şirməmməd Hüseynov: "Ölməyə vaxtım yoxdur"Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel 1920) kitabının 2-ci cildi çapdan çıxıb.
Tezis.az xəbər verir ki,  "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu kitabı təmənnasız çap edib. Professor Şirməmməd Hüseynov "Qanun"un ofisinə gələrək Şahbaz Xuduoğluya təşəkkürünü bildirib. Sosial şəbəkələrdə görüşdən foto və qısa rolik yayılıb. Şirməmməd Hüseynov deyib: "Başım işə elə qarışıb ki, nə xəstələnməyə, nə də ölməyə vaxtım yoxdur. Mən reklam, pul və ad qazanmaq üçün yazmıram. 92 yaşım var, mənə indi heç nə lazım deyil. Bu, mənim tərcümeyi-halıma yazılır". 
 
Şirməmməd Hüseynov: "Ölməyə vaxtım yoxdur"