Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək

16-09-2018, 11:33 Baxış: 179
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək
Oktyabrın 25-də Moskvada "Zolotoye koltso” xalq musiqisi və mahnıları teatrında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilən "Mavi əbədilik” konsert proqramı təqdim olunacaq.
Teatrın saytı xəbər verir ki, konsertdə estrada artistləri, Rusiyanın "Qolos”, "Romantika romansa” televiziya layihələrinin iştirakçıları, Müslüm Maqomayev adına və "Romansiada” adlı beynəlxalq müsabiqələrin laureatları görkəmli müğənninin repertuarından əsərlər səsləndirəcəklər.
Konsert Aleksey İsaakovun "Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq.
Layihə çərçivəsində, həmçinin noyabr və dekabr aylarında Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlər keçiriləcək.