Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Qadınlar dünyanı dəyişdirmək qüdrətinə malikdir - Mişel Obama

1-07-2016, 10:56 Baxış: 376
Qadınlar dünyanı dəyişdirmək qüdrətinə malikdir - Mişel Obama
ABŞ-ın birinci xanımı Mişel Obama dünya ölkələrində qızların təhsilinin inkişafına dəstək məqsədilə etdyi səfərinin sonuncu dayanacağı olan İspaniyadadır.
Mişel Obama Madriddə keçirilən konfransda qızların zorla ərə verilməsi, yoxsulluq və zorakılıq nəticəsində dünyada 62 milyon qızın təhsil imkanlarından məhrum olması kimi məsələlərə diqqət yönəldən "Qızlar təhsil alsınlar” təşəbbüsü ilə bağlı məruzə edib.
Qadınlar dünyanı dəyişdirmək qüdrətinə malikdir - Mişel Obama
ABŞ-ın birinci xanımı Mişel Obama Liberiya paytaxtı Monroviya yaxınlığında Sülh Korpusunun sponsorluq etdiyi məktəbdə görüş zamanı
"Mən bilirəm ki, biz hamımız onların məktəbə getməsi üçün səylərə dəstək verə bilərik. Və mən həm də bilirəm ki, biz hamımız burada İspaniyada və bütün dünyada qadın və qızları təhsilə layiq və arzularına çata bilən liderlər kimi görmək üçün onlara hörmət göstərilməsi məqsədilə mədəniyyətlərimizi dəyişə bilərik. Mən bilirəm ki, biz bunu edə bilərik, çünki mən sizin kimi gənc qadınların həqitətən də dünyanı dəyişmək gücünə malik olduğuna inanıram.”
ABŞ-ın birinci xanımı İspaniyaya Mərakeşdə qızlar arasında məktəbi atmaq hallarının azaldılması və məktəblərdə qızlar üçün daha yaxşı şəraitin yaradılması məqsədilə 100 milyon dollarlıq maliyyə vəsaitinin ayrıldığını elan etdikdən sonra gəlib.
Mişel Obama səfərinə Afrikada Liberiyadan başlayıb. ABŞ-ın birinci xanımı qızlar üçün Sülh Korpusunun sponsorluq etdiyi düşərgəni ziyarət edib və prezident Ellen Conson Sörliflə görüşüb.
Səfəri zamanı Mişel Obamanı qızları Maliya və Saşa, eləcə də onun anası Marian Robinson müşayiət edib.