Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək

26-09-2018, 08:47 Baxış: 214
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək
Noyabrın 10-da Moskvada Xilaskar İsa Məbədinin zalında Müslüm Maqomayevin xatirəsinə həsr edilən "Sən mənim melodiyamsan” adlı konsert proqramı təqdim olunacaq.
Konsert Aleksey İsaakovun "Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq. Layihənin saytı xəbər verir ki, konserti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Sərhədçilər Ansamblı müşayiət edəcək.
Ansamblın rəhbəri Rusiyanın Əməkdar artisti Andrey Kapralov, dirijoru Yevgeni Oleynikovdur. Konsertdə estrada artistləri, Rusiyanın "Qolos”, "Romantika romansa” televiziya layihələrinin iştirakçıları çıxış edəcəklər.