Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Leyla və Arzu Əliyeva mükafatlandırma mərasimində - Foto

1-10-2018, 12:43 Baxış: 316
Leyla və Arzu Əliyeva mükafatlandırma mərasimində - Foto
Sentyabrın 30-da Bakı Media Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış və Mədəniyyət Nazirliyinin "Söz” ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva mərasimlərdə iştirak ediblər. Festivalın bağlanışı mərasimində "Mərhaba!” ədəbi-musiqili tamaşa təqdim olunub. Ecazkar musiqi, tamaşanın plastik həlli və əlbəttə ki, Nəsiminin qiymətli kəlamlarının aktyorların ifasında məharətlə səsləndirilməsi şairin tükənməz poetik dünyasını bir daha təcəssüm etdirib. Mütəfəkkir şairin qəzəllərindən səsləndirilən "Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba”, "Mənəm ol tilsimi-pünhan ki, bu gün cahanə gəldim” və digər misralar hər kəsi bir daha Nəsimi şeiriyyətinin təsirinə salıb, insan, həyat, həqiqət axtarışı haqqında düşüncələrə dalmağa sövq edib.