Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

“YARAT”da təqdim ediləcək növbəti tamaşa “Telefon” adlanır

4-10-2018, 13:35 Baxış: 188
“YARAT”da təqdim ediləcək növbəti tamaşa “Telefon” adlanır
Oktyabrın 26-da "YARAT” Teatr Klubu çərçivəsində "Telefon” tamaşası təqdim olunacaq.
Xalq yazıçısı Anarın "Mən, sən, o və telefon” hekayəsi əsasında səhnələşdirilmiş tamaşa müasir interpretasiyadır və bir təsadüfi hadisənin, iki tanış olmayan gənc arasında yaranmış telefon söhbətinin onların həyatını necə dəyişə bilməsindən bəhs edir. Ssenari müəllifi və quruluşçu rejissoru Leyla Qurbanova olan tamaşada rolları aktyorlar Mikayıl Bayramov, Ləman Sadıqova, Kamal İbrahimov və Ramazan Babayev ifa edəcək.