Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

“Kon-Tiki” filmi “YARAT”da ilk dəfə nümayiş ediləcək

5-01-2019, 13:47 Baxış: 26
“Kon-Tiki” filmi “YARAT”da ilk dəfə nümayiş ediləcək
Yanvarın 8-də "YARAT” Müasir İncəsənət Mərkəzində Norveç istehsalı olan "Kon-Tiki” filmi nümayiş ediləcək.
Ssenari müəllifləri Petter Skavlan və Allan Skott olan ekran əsərində rollarda tanınmış aktyorlar Paul Sverre Valheim Hagen, Anders Baasmo Kristiansen, Tobias Zantelman, Gustaf Skarsgard və Odd Magnus Villiamson çıxış edirlər. "Kon-Tiki" – real hadisələrə əsaslanan tarixi bir macəra filmidir.
Film, məşhur Norveç səyyahı Tur Heyerdala həsr olunub. Onun ekspedisiyası tarixdə əsl şücaət kimi yadda qalıb.
1947-ci ildə Sakit okean suları üzərində edilən bu səfər ona dünya şöhrətini gətirdi. Film, ideyanın yaranması, səfər ərəfəsində hazırlıq işləri və səyahət zamanı baş verən hadisələrdə bəhs edir.
Film ingilis dilində rus subtitrləri ilə nümayiş olunacaq.